Rusiya XİN ölkə vətəndaşlarını Abxaziyaya səfərdən çəkinməyə çağırıb

   Rusiya XİN ölkə vətəndaşlarını Abxaziyaya səfərdən çəkinməyə çağırıb
  15 Noyabr 2024    Oxunub:700
Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Abxaziyaya səfərdən çəkinməyi tövsiyə edib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, XİN Rusiya vətəndaşlarına Abxaziyaya səfərdən, o cümlədən turizm səyahətindən çəkinməyi tövsiyə etməyə məcburdur.

"Rusiya daxili siyasi ziddiyyətlərin yenidən gücləndiyi Abxaziyadakı hadisələrdən narahatdır. Abxaziyada böhranlı vəziyyət yaranıb və bu, nəticəsindən asılı olmayaraq, ölkənin inkişafını ləngidir.

Rusiya Federasiyası Abxaziyada daxili proseslərə qarışmır və vəziyyətin istisnasız olaraq sülh və siyasi yolla həllininə ümid edir", - Rusiya XİN sözçüsü vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti