Xameneinin xüsusi nümayəndəsi Beyruta gedir

   Xameneinin xüsusi nümayəndəsi Beyruta gedir
  15 Noyabr 2024    Oxunub:575
İranın ali dini lideri Əli Xameneinin xüsusi nümayəndəsi Əli Laricani Livanın paytaxtı Beyruta səfərə yollanacaq.
Bu barədə Laricani özünün "X" hesabında yazıb. Məlumata görə, o, İsrail və Livanın "Hizbullah" terror təşkilatı arasında mümkün atəşkəs danışıqları fonunda bu ölkənin bir sıra hökumət nümayəndəsi ilə danışıqlar aparacaq.

Beyrutun ardınca Suriyaya gedəcəyi, paytaxt Dəməşqdə Prezident Bəşər Əsədlə görüşəcəyi bildirilir.
WSJ: "Tramp Livanda atəşkəsə razılıq verib"

Digər tərəfdən, ABŞ-nin Livandakı səfiri Liza Conson bu ölkənin parlament sədri, "Hizbullah"ın tərəfdaşı Nəbih Bərriyə Vaşinqtonun atəşkəs planını çatdırıb. Eyni zamanda, Ağ Evin növbəti sakini Donald Tramp da bu məsələ ilə əlaqədar İsrailin strateji işlər naziri Ron Dermerlə ötən bazar günü müzakirə aparıb və "yanvarın 20-dək atəşkəsin həyata keçirilməsinə razılıq verib".

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   Livan   ABŞ   danışıqlar  





Xəbər lenti