Fransa Rusiya qazının əsas alıcısına çevrilib

Fransa Rusiya qazının əsas alıcısına çevrilib
  15 Noyabr 2024    Oxunub:289
2024-cü ilin yanvar-avqust aylarında Avropa İttifaqında Rusiya qazının əsas alıcıları Fransa, Macarıstan və İspaniya olub.
AzVision.az xəbər verir ki, Avrostatistikanın hesablamasına istinad edən Rusiya mətbuatının yaydığı məlumata görə, bu ilin ilk səkkiz ayı ərzində Rusiya Avropa İttifaqına (Aİ) cəmi 9 milyard avro məbləğində qaz tədarük edib.

Bu müddətdə Fransa Rusiyadan qaz idxalının həcmini 30% artıraraq 1,9 milyard avroya, İspaniya isə aldığı qazın həcmini 1,4 milyard avroya qədər artırıb. Rusiyadan əsas yanacaq alıcıları arasında İtaliya (1,3 milyard avro) və Yunanıstan (0,9 milyard avro) da var. Maraqlıdır ki, Macarıstan isə bu göstəricini təxminən 33% azaldaraq Rusiyaya cəmi 1,6 milyard avro ödəyib. Halbuki, Fransa da daxil olmaqla Aİ-nin aparıcı dövlətləri Macarıstanın baş naziri Viktor Orbanı az qala Kremlin casusu adlandırırlar.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Rusiya boru kəməri qazının Avropaya ixracını 15% artıraraq 26,52 milyard kubmetrə çatdırıb. Daha əvvəl Rusiya mediası ötən ay Rusiya qazının Avropa ölkələrinə nəqlinin 2,8 milyard kubmetr təşkil etdiyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Fransa   qaz  





Xəbər lenti