Hansı ölkələr borc böhranı ilə üzləşə bilərlər?

Hansı ölkələr    borc böhranı    ilə üzləşə bilərlər?
  15 Noyabr 2024    Oxunub:724
Borc böhranı dövlət borcunun və ona xidmət xərclərinin güclü artımı nəticəsində yaranır. Hazırda ABŞ-nin artan milli borcu ilə bağlı problem hamıya məlumdur. Lakin bu ABŞ böhran riski altında olan yeganə ölkə deyil.
AzVision.az xəbər verir ki, Rusiya mediasına açıqlamasında rusiyalı iqtisadçı-ekspert Daniil Pexuxov borc böhranının ifrat nöqtəsinin defolt ola biləcəyini vurğulayıb.
Bu baxımdan, iki əsas amilin vəhdəti borc böhranına səbəb ola bilər. Bu, borcun ölçüsü və dövlətin bazarlarda - xarici və daxili borc alma dərəcəsidir.

Hazırda bir neçə ölkənin dövlət borcu Ümumidaxili məhsulun (ÜDM) həcmini üstələyir.
1. Yaponiya - 255%
2. Yunanıstan – 162%
3. İtaliya – 135%
4. ABŞ – 122%
5. İspaniya – 108%


Nəzəri cəhətdən, bu ölkələr borc böhranı təhlükəsi altında olmalıdırlar. Amma bu baş vermir, çünki belə borclara xidmət göstərmək, yəni dövlət qiymətli kağızları üzrə faizlərin ödənilməsi bu ölkələrin büdcələri üçün kritik əhəmiyyət kəsb etmir.

Digər tərəfdən, dövlət qiymətli kağızları üzrə yüksək faiz dərəcələri olan bir sıra ölkələr var. Həmin ölkələrdə inflyasiyanın səviyyəsi və mərkəzi bankların dərəcəsi ilə çox əlaqəsi var. Bu siyahıya Venesuela, Argentina, Türkiyə, Braziliya və digərləri, o cümlədən Rusiya da daxildir. Lakin Rusiyanın dövlət borcunun özünün həcmi aşağı olduğundan onun faziləri üzrə ödənişlər büdcə üçün hələ də ağır deyil.

İnid ilk növbədə Argentina (dövlət borcu ÜDM-in 82%-i) və Türkiyə (dövlət borcu ÜDM-in 30%-i) belə risklə üzləşiblər.

“Bir az da dərinə getsək, Çində də borc böhranı yarana bilər. Lakin suveren borcdan deyil, əyalətlərin və bölgələrin borclarından söhbət gedir. Çünki regional səviyyədə böyük həcmdə borclar aparılır. Eyni zamanda, dövlət borcu ilə bağlı vəziyyət yaxşı görünəcək”, - rusiyalı ekspert deyib.

Bütün bunlar sosial-iqtisadi sistemlərin mürəkkəb qeyri-xətti dinamik sistemlər olması tezisini bir daha təsdiqləyir. Onların proqnozlaşdırılması isə sadə və birmənalı həlləri olmayan çoxfaktorlu modellər tələb edir. Üstəlik, gözlənilməz nəticələri olan hadisələri təhrik edən qeyri-müəyyənlik və təsadüfilik buna öz neqativ təsirini göstərir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: dövlət   borc   böhran  





Xəbər lenti