Ceyhun Bayramov CARICOM-un baş katibi ilə danışıqlar aparıb

Ceyhun Bayramov CARICOM-un baş katibi ilə danışıqlar aparıb
  15 Noyabr 2024    Oxunub:438
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Natali Barnett ilə müzakirələr aparıb.
Bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Natali Barnett ilə görüş keçirib. Görüş zamanı CARICOM-la gələcək əməkdaşlıq perspektivləri, həmçinin COP29-a sədrlik prioritetləri və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim səylərini dəstəkləməyə dair Azərbaycanın təşəbbüsləri müzakirə olunub. Dialoqun daha da aktivləşdirilməsi üçün bu cür qarşılıqlı əlaqələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb", - paylaşımda qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti