COP29 I İqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb

      COP29 I    İqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb
  16 Noyabr 2024    Oxunub:232
COP29 çərçivəsində “Sağlamlığa Xidmət” İctimai birliyi və Beynəlxalq Stop Vərəm Tərəfdaşlığının birgə təşkilatçılığı ilə noyabrın 16-da iqlim dəyişmələrinin sağlamlığa təsiri, o cümlədən antimikrobial rezistentlik mövzusunda yüksək səviyyəli müzakirə keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Kamerundan olan deputat Nqayap Pier Flambe, Kenya parlamentinin deputatı Stefen Myul, Zambiya parlamentinin üzvü Xristofer Xalila, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Pərvanə Vəliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli iştirak ediblər. Məruzəçilər iqlim dəyişmələrinin qlobal sağlamlıq üçün ciddi təhdidlər və yeni sağlamlıq riskləri yaratdığını vurğulayıblar.

Bildirilib ki, ekstremal hava hadisələrinin artan tezliyi və intensivliyi, temperaturun artması insanların sağlamlığına və rifahına birbaşa təsir göstərir.

Qeyd olunub ki, iqlim dəyişmələri ekosistemləri pozur, yoluxucu xəstəliklərin yaranmasına və yayılmasına səbəb olur, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Panel sessiyalarda TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva Səhiyyə Nazirliyinin şöbə müdiri Nəzifə Mürsəlova, Qazaxıstan, Qırğızıstan və Hindistandan ekspertlər sözügedən mövzuda auditoriyanın suallarını cavablandırıblar.
AzVision.az



Teqlər: COP29  





Xəbər lenti