Süni intellekt "Google" üçün kod yazır

   Süni intellekt "Google" üçün kod yazır
  13 Noyabr 2024    Oxunub:1947
"Google" öz məhsul və xidmətlərinə süni intellekti fəal şəkildə tətbiq edir ki, bu da şirkətin maliyyə nəticələrinə əhəmiyyətli təsir göstərir.
AzVision.az xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.

"Google"un baş direktoru Sundar Piçainin sözlərinə görə, korporasiya şirkət daxilində öz yeniliklərindən fəal şəkildə istifadə edir. Məsələn, şirkətin yeni proqram kodunun dörddə birindən çoxu süni intellektdən istifadə etməklə yaradılır.

Üçüncü rübün maliyyə nəticələri korporasiyanın uğurunda süni intellektin mərkəzi rolunu təsdiqləyir. "Google"un ana şirkəti olan "Alphabet" 88.3 milyard dollar gəlir əldə edib ki, bunun da 76.5 milyard dolları onun "Google" xidmətləri bölməsindən gəlir. Korporativ müştərilər üçün süni intellekt infrastrukturu təklif edən "Google Cloud"un gəliri illik müqayisədə 35% artaraq 11.4 milyard dollar olub.

AzVision.az



Teqlər:





Xəbər lenti