Fransalı nazir korrupsiyada ittiham olunur

   Fransalı nazir    korrupsiyada    ittiham olunur
  16 Noyabr 2024    Oxunub:761
Fransanın Milli Maliyyə Prokurorluğu ölkənin mədəniyyət naziri Raşida Dati və “Renault-Nissan” alyansının keçmiş rəhbəri Karlos Qonu korrupsiyada və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir. Bu əsasda onlara qarşı cinayət işinin başlanması tələb olunur.
AzVision.az xəbər verir ki, müstəntiqlərin fikrincə, 2010-2012-ci illərdə Mədəniyyət naziri Raşida Dati “Renault-Nissan” şirkətinin hüquq məsləhətçisi və Avropa Parlamentinin (AP) üzvü kimi “RNBV” avtomobil alyansının törəmə müəssisəsindən 900 min avro alıb.

Lakin o, aldığı pulun qarşılığında konkret iş görməyib, ona görə də bu vəsait AP-də lobbiçilik fəaliyyətinin ödənişi hesab oluna bilər. Bu iş çərçivəsində keçən ildən beynəlxlaq axtarışa verilmiş Karlos qon isə hazırda Livanda yaşayır.

Dati və Qon, öz nəvbəsində, prokurorların ittihamlarını rədd edirlər. Mədəniyyət nazirinin vəkillərinin sözlərinə görə, “prokurorluq bu işə yalnız öz baxışını açıqlayıb, lakin bu, reallığı əks etdirmir”. Onlar Raşida Datiyə qarşı irəli sürülən ittihamları təkzib etmək niyyətindədirlər.

Marin Le Pen azadlıqdan məhrum edilə bilər
Qeyd edək ki, Paris prokurorluğu Fransanın “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Peni və onun əməkdaşlarını da AP-də saxta vəzifələrdə işləmək üçün adamlar cəlb etməkdə günahlandırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Fransa   nazir   korrupsiya  





Xəbər lenti