Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzalayıb

Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzalayıb
  15 Noyabr 2024    Oxunub:698
COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşüb.
AzVision.az Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə ikitərəfli enerji əməkdaşlığına dair müzakirələr aparılıb.

Görüşdən sonra “Azərbaycan Respublikası və Qırğız Respublikasının energetika sahəsində əməkdaşlığı üzrə 2024-2025-ci illəri əhatə edən Yol Xəritəsi” imzalanıb. Sənəd neft-qaz, bərpaolunan enerji sahəsində əməkdaşlığı, Birgə işçi qrupunun yaradılmasını nəzərdə tutur.

Bundan başqa, Qırğız Respublikasının Nazirlər Kabineti yanında Dövlət Təşkilatı “Yaşıl Enerji Fondu” ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Azərbaycan Bərpa Olunan Enerji Agentliyi arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti