“Zəfər Yolu”nda elektron tərəzilər quraşdırılır
Bu çərçivədə ”Zəfər Yolu”nun 21.4-cü kilometrində elektron tərəzinin quraşdırılmasına başlanılıb. Avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.Layihənin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.
AzVision.az
Teqlər: