Abxaziya parlamenti önündə xaos yaşanır - VİDEO

Abxaziya parlamenti önündə xaos yaşanır    - VİDEO
  15 Noyabr 2024    Oxunub:762
Abxaziya parlamenti yaxınlığında etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb.
Bu barədə Rusiya mediası məlumat yayıb. Jurnalistlərin sözlərinə görə, polisə daş və çubuqlar atılır.

Qeyd edilir ki, aksiyada bir neçə yüz etriazçı iştirak edir.
Xatırladaq ki, noyabrın 15-də Abxaziya parlamenti Rusiya hüquqi şəxsləri tərəfindən ölkə ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair Rusiya ilə sazişin ratifikasiyası məsələsinə baxacaq. Müxalifət hesab edir ki, sənəd abxaz xalqının maraqlarına cavab vermir.


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti