AYNA: Taksi şirkətlərinin əlavə vəsait tutması qanunsuzdur

      AYNA:    Taksi şirkətlərinin əlavə vəsait tutması qanunsuzdur
  15 Noyabr 2024    Oxunub:692
Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AzVision.az -a bildirilib ki, bununla bağlı AYNA tərəfindən ciddi tədbirlər görüləcək.

“Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın 141-Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür”, - deyə AYNA-nın yaydığı məlumatında bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti