Depardyenin `Qafqaza Qayıdış`ı nümayiş edildi

Depardyenin `Qafqaza Qayıdış`ı nümayiş edildi
  21 Noyabr 2013    Oxunub:1432
Birinci Bakı Beynəlxalq turizm filmləri festivalı açılıb.
AzVision.az xəbər verir ki, bu gün Nizami Kino Mərkəzində birinci Bakı Beynəlxalq turizm filmləri festivalının təntənəli açılış mərasimi keçirildi.

Festival Azərbaycan və Fransa kinematoqrafçılarının birgə istehsalı olan “Qafqaza qayıdış” sənədli filminin nümayişi ilə açıldı.

Məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Devilerdir.



41 ölkədən 250 filmin daxil olduğu və ümumilikdə yeddi kateqoriyada keçiriləcək festivalda hər kateqoriya üzrə ilk üç yerə layiq görülən filmlərə hədiyyə və pul mükafatları veriləcək

Birinci Bakı Beynəlxalq turizm filmləri festivalı çərçivəsində müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri arasında fikir mübadiləsi olacaq.



Teqlər:  





Xəbər lenti