Rəsmi Tehran ABŞ qarşısında şərt qoydu

Rəsmi Tehran ABŞ qarşısında şərt qoydu
  09 Noyabr 2013    Oxunub:1096
İranın nüvə proqramı ilə bağlı İsveçrənin Cenevrə şəhərində iki gündür qızğın müzakirələr aparılır.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müzakirələrdə iranlı nümayəndələrlə yanaşı Avropa Birliyi, ABŞ, Fransa, İngiltərə və Almaniya xarici işlər nazirləri iştirak edirlər.

ABŞ dövlət katibi Con Kerri çıxışında bildirib ki, bəzi detallar qalsa da müzakirələr əsnasında uçurumlar aradan qalxa bilər. Danışıqlar zamanı ABŞ və Qərb dövlətləri İrandan nüvə fəaliyyətini davam etdirməməklə bağlı zəmanət istəyiblər. Rəsmi Tehran isə öz növbəsində sanksiyaların ləğv olunmasını tələb edib.

İsrail isə İranla razılaşma əldə olunmasının tərəfdarı deyil. Belə ki, İsrailin baş naziri Benyamin Netanyahu ehtimal olunan anlaşmanı “tarixi səhv” kimi qiymətləndirib. Baş nazir bundan əvvəl də “Tək qalsaq da İranın nüvə silahı əldə etməyinə əngəl olarıq” deyə qalmaqallı çıxışı ilə yadda qalmışdı.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti