Murad Boz: “O səs, bir gün Azərbaycandan da çıxar”- MÜSAHİBƏ
- (Gülür) Mən özümü belə görmürəm. Səhər güzgüyə baxanda heç demirəm ki, nə yaraşıqlı adamsan. Özümü çox bəyənmirəm. Amma təbii ki, bu sözləri kənardan eşidəndə xoşuma gəlir. Məktəb zamanı o qədər cılız idim ki, çox çirkin görünürdüm. Universitetdə oxuyanda kilo almağa çalışırdım. Sonra bəlkə düzələrəm deyə, idmanla məşğul oldum.
- Metroseksual oldunuz sonra?
- Yox, sadəcə özümə baxmağı sevirəm. İdman edirəm, yediklərimə diqqət edirəm. Amma metrosesksuallıqla əlaqəsi yoxdu. Elə deyəndə özümü eşcinsəl sanıram.
- Mühafizəkarsınız demək?
- Mən sevdiklərinə sahiblənən insanam. Amma çalışıram özümü saxlayım, çox həddimi aşmayam.
- Komplekslisiniz o zaman.
- Komplekslərim olur. Məsələn, cılız olmağımı hər zaman kompleks edirdim. Uca boylu, canlı birini görəndə o olan yerdən uzaqlaşırdım.
- Musiqidən başqa nə ilə məşğul olursunuz?
- Gecə evdə `playstation` oynayıram. Televizora baxıram. Yatmazdan əvvəl isə kitab oxumağı sevirəm. Bir də yemək bişirməyi çox sevirəm. Hətta mətbəxdən çıxmaram.
- `Aşk`dan danışın, qiz heyranlarınızı itirmək qorxusu yoxdursa...
- Məni müxbirlər hər il evləndirib boşandırırlar. Amma evlilik uzaq deyil. Hər zaman ola bilər.
- “O səs Türkiyə” nə vaxta qədər davam edəcək?
- Bunu Acun bəy bilir. O nə qədər davam etdirmək istəsə o qədər. Deyə biləmərəm, biz jüridə olacağıq, ya yox. Hələ ki burdayıq və işimizdən zövq alırıq.
- Hadisə ilə çox yaxınsınız.
- Biz yaxşı dostuq.
- Bəzən Azərbaycandan da yarışmaya gələnlər olur. Amma heç finala gedən olmayıb.
- Yarışmaya çox ölkələrdən gəlirlər. Biz ilk mərhələdə onları seçərkən yalnız səslərin dinləyirik. Onların hansı ölkədən gəldiklərini bilmirik. Azərbaycandan da uğurlu səslər olub. Amma finala gələ bilməyiblərsə demək onların qarşısını daha güclü səslər alıb. İnşallah qardaş ölkənin təmsilçilərindən Türkiyənin səsi çıxar.
Melis İlhami Türkiyədən xüsusi olaraq
AzVision.az üçün