Mehriban Əliyeva "Əbədi sevgi" qala konsertində iştirak etdi - FOTOLAR

Mehriban Əliyeva "Əbədi sevgi" qala konsertində iştirak etdi - FOTOLAR
  03 Noyabr 2013    Oxunub:2221
AzVision.az xəbər verir ki, bu gün Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq Artisti Dmitri Bertmanın quruluşunda "Əbədi sevgi" qala konserti Azərbaycan tamaşaçılarına təqdim edilib.
Heydər Əliyev Mərkəzinin mədəniyyətin inkişafına dəstək, dünya incəsənəti nümunələrinin Azərbaycanda təbliği layihəsi çərçivəsində reallaşan layihənin təqdimatında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızları iştirak ediblər.

Konsert proqramında ötən əsrin dünyada ən məşhur romantik hitləri səslənib.

"Kuin" ("Queen") qrupunun "I was born to love you", Endi Uilyamsın (Andy Williams) "Moon river", Selin Dionun (Celine Dion) "My heart will go on", Elvis Preslinin (Elvis Presley) "Love me tender", Uitni Hyustonun (Whitney Huston) "I will always love you", Demis Russosun (Demis Roussis) "Souveniers", Merilin Monronun (Marilyn Monroe) "I Wanna Be Loved By You", Elton Conun (Elton John) "I Believe in Love", "Bitlz" ("The Beatles") qrupunun "All you need is love" mahnısı kimi ürəkləri fəth etmiş musiqilər rusiyalı artistlərin ifasında təqdim olunub.

Heydər Əliyev Mərkəzində keçirilən konsert proqramı rəngarəng səhnə tərtibatı, bir-birindən gözəl nəğmələrin maraqlı təqdimatları ilə yadda qalıb.

Tədbirdən sonra Rusiyanın Xalq Artisti, qala konsertin səhnə tərtibatçısı Dmitri Bertman Bakının mənzərəsinin dəyişməsindən heyran olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda mədəniyyət, estetika və gözəlliyə çox böyük diqqət yetirilir.

D.Bertman Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib: "O, dünya tarixinə daxil olacaq fantastik missiya həyata keçirir".

Qalereya




Teqlər:  





Xəbər lenti