Sarkisyan sammitdə yatdı - VİDEO

 Sarkisyan sammitdə yatdı -  VİDEO
  28 Oktyabr 2013    Oxunub:1191
Ermənistan prezidenti həmkarlarının çıxışı zamanı fürsətdən istifadə edərək gözünün acısını almaq istəyib.
Ötən həftə Belarusun paytaxtı Minskdə MDB Dövlət başçıları Şurasının Sammiti keçirildi. Bu sammitdə dövlət başçıları bir sıra problemləri müzakirə etdilər. Görüşün yekunu olaraq liderlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də kiber cinayətkarlığa qarşı birgə mübarizə ilə bağlı 14 sənəd imzaladılar.

Böyük Vətən müharibəsinin 70 illiyini birgə qeyd etmək, veteranları vahid medalla mükafatlandırmaqla bağlı razılıq əldə etdilər.

Bütün bunlarla yanaşı, sammitdə yaddaqalan məqamlar siyahısına Ermənistan prezidenti Serj Sarkisyan da öz adını yazdı. Daha doğrusu Sarkisyanın adını bu siyahıya Belarusun ONT telekanalının kamerası saldı.

Belə ki, Ermənistan prezidenti 3 il bundan əvvəl ATƏT-in sammitində yatdığı kimi, MDB sammitində də yatdı. Bütün bunları öz gözlərinizlə görə bilməniz üçün AzVision.az ONT telekanalının xəbər buraxılışını təqdim edir. Yatan Sarkisyanın kadrları videonun ikinci dəqiqəsindən başlayır.

Səbinə Həsənova
AzVİsion.az





Teqlər:  





Xəbər lenti