Güləşçimiz Olimpiadada bürünc medal qazanıb

Güləşçimiz Olimpiadada bürünc medal qazanıb
  14 Oktyabr 2018    Oxunub:6913
Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləşçimiz Şahanə Nəzərova (43 kq) mübarizəyə start verib.
Azərbaycan Güləş Federassiyasından AzVision.az-a verilən məlumata görə, B qrupunda yer alan Şahanə Olimpiadaya uğurlu start verib.

Nəzərova ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Nigeriyalı güləşçi də təmsilçimizə müqavimət göstərə bilməyib. Ancaq 3-cü görüşdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçiylə bacarmayıb. Ruhdan düşməyən Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək B qrupunu 2-ci yerdə tamamlayıb. Nəticədə həmyerlimiz bürünc medal uğrunda A qrupunda 2-ci pillədə qərarlaşan Monqolustan təmsilçisi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal hesabla rəqibinə qalib gələn Şahanə Olimpiadanın bürünc medalını qazanıb.

B qrupu
Şahanə Nəzərova - Elena Heloisa Martines (BRA) 11:0
Şahanə Nəzəova - Tolulop Kristina Oqunsanya (NGR) 6:0
Şahanə Nəzərova - Emili Şilson (USA) 2:12
Şahanə Nəzərova - Justin Fanni Viquro (FRA) 3:0

Bürünc medal görüşü - Şahanə Nəzərova - Enxzul Batbaatar (MGL) 7:6

AzVision.az


Teqlər: AGF   Olimpiada   Medal  





Xəbər lenti