"Mançester Siti" və "Yuventus"dan qələbə

"Mançester Siti" və "Yuventus"dan qələbə
  03 Oktyabr 2018    Oxunub:4628
Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.
AzVision.az xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubu Almaniyada "Hoffenhaym"la qarşılaşıb. Görüş ingilislərin səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İtaliyanın "Yuventus" klubu Turində İsveçrənin "Yanq Boys" komandasını sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Matçda Paulo Dibala het-trikə imza atıb.

AzVision.az


Teqlər: UCL  





Xəbər lenti