“Qarabağ” növbəti qələbəsini qazanıb

“Qarabağ” növbəti qələbəsini qazanıb
  30 Sentyabr 2018    Oxunub:5661
Topaz Premyer Liqasında VI turun oyunları keçirilib.
AzVision.az xəbər verir ki, günün ikinci qarşılaşması "Qarabağ"la debütantı "Sabah" arasında baş tutub.

“Əlincə Arena”da keçirilən oyunda Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. "Qarabağ"ın qollarını Miçel və İnnosent Emeqara vurub.

Qeyd edək ki, "Qarabağ"ın rəqibi "Neftçi" bu gün "Səbail"ə 4:0 hesabı ilə qalib gəlib. Keçirilən iki oyundan sonra "Neftçi" vurulan və buraxılan qolların nisbətinə görə liderliyə yüksəlib.

AzVision.az


Teqlər: Qarabağ   Neftçi  





Xəbər lenti