Bakıda keçirilən dünya çempionatına yekun vurulub

Bakıda keçirilən dünya çempionatına yekun vurulub
  28 Sentyabr 2018    Oxunub:5899
Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün yekun vurulub.
AzVision.az xəbər verir ki, sonuncu - səkkizinci yarış günündə qarışıq komanda yarışları baş tutub.

Fərdi mübarizədə də bütün ölkələrdən üstün olan Yaponiya qarışıq komanda yarışında da qızıl medal qazanıb. "Gündoğar ölkə" təmsilçisi finalda Fransadan güclü olub - 4:1.

Rusiya və Birləşmiş Koreya komandaları isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan millisi qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşdə Rusiya yığmasına məğlub olaraq 5-ci yeri tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti