Elmar Qasımov mübarizəni dayandırıb - Yenilənib
***
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov 1/16 final görüşünə çıxıb.
AzVision.az-ın məlumatına görə, onun rəqibi monteneqrolu Danilo Pantiç olub. İdmançımız rəqibinə ipponla qalib gələrək 1/8 finala çıxıb. O, Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə qarşılaşacaq.
***
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov ilk görüşünü qələbə ilə başa vurub.
AzVision.az xəbər verir ki, 1/32 finalda İsveç idmançısı Martin Paceki məğlub edən cüdoçumuz növbəti mərhələdə Monteneqro təmsilçisi Danilo Pantiç ilə qarşılaşacaq.
Digər cüdoçumuz Zelim Kotsoyev isə ilk görüşündə isveçli Joakim Dvarbiyə məğlub olaraq mübarizəni dayandırıb.
AzVision.az
Teqlər: Cüdo