İş axtaran müəllimlərin nəzərinə! - İkinci tur başlayır

İş axtaran müəllimlərin nəzərinə! - İkinci tur başlayır
  14 Sentyabr 2018    Oxunub:8382
Sentyabrın 14-dən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun ikinci turu üzrə elektron sənəd qəbuluna başlanılır.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ikinci tura müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə birinci turda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştirak edən şəxslər qatıla bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə bu prosesdə iştirak edə bilərlər.

Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumtəhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumtəhsil müəssisələrinə Azərbaycan bölməsində musiqi üzrə 30, fiziki tərbiyə üzrə 36, informatika və təsviri incəsənət üzrə 42, digər fənlər üzrə 48 bal, rus bölməsində isə fiziki tərbiyə üzrə 30, biologiya, coğrafiya, təsviri incəsənət, fizika, ibtidai sinif, kimya, musiqi, rus dili və ədəbiyyatı üzrə 42, digər fənlər üzrə 48 bal müəyyənləşdirilib.

Bakı şəhərinin ümumtəhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu birinci turda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu sentyarın 15-dək davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti