Cüdoçumuz Avropada birinci oldu
Azərbaycan cüdoçusu Moldova, Gürcüstan, Fransa və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu olub. 55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyev birinciliyin gümüş medalına yiyələnib. Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.
AzVision.az
Teqlər: Cüdo