“Qarabağ”ın səfər oyunu Bakıda olacaq

“Qarabağ”ın səfər oyunu Bakıda olacaq
  13 Sentyabr 2018    Oxunub:7112
Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyunu ilə bağlı müəyyən dəyişiklik edilib.
“Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün “Sumqayıt”la matçın təbii örtüklü “Azersun Arena”da keçirilməsini xahiş edib.

“Qarabağ”ın rəsmi müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan PFL 14 sentyabr saat 20:00-da başlanması nəzərdə tutulmuş oyunun Suraxanı qəsəbəsindəki “Azersun Arena”da keçirilməsinə qərar verib.

IV turda meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə IV dövrənin oyununda “Sumqayıt” təsdiq edilib.

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti