"Bir xal qazansaq da, 2 xal itirdik" - Qurban Qurbanov

"Bir xal qazansaq da, 2 xal itirdik" - Qurban Qurbanov
  11 Sentyabr 2018    Oxunub:6581
“Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik".
AzVision.az xəbər verir ki, bunu millimizin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, bir neçə futbolçunun hazırlıq durumundan narahat olub: "Görüləsi işlər çoxdur. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm. Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan 4 oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq”.

Qeyd edək ki, ötən gün keçirilən Malta-Azərbaycan oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb.

AzVision.az


Teqlər: Qurban-Qurbanov   Milli  





Xəbər lenti