Bakıda keçiriləcək dünya çempionatının promo-videoçarxı - VİDEO

Bakıda keçiriləcək dünya çempionatının promo-videoçarxı - VİDEO
  01 Sentyabr 2018    Oxunub:7055
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ilə bağlı promo-videoçarx hazırlanıb.
AzVision.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytında yerləşdirilən videoda Azərbaycan böyük enerji resurslarına və zəngin mədəniyyətə malik olmaqla yanaşı, Odlar Yurdu və Cüdo Yurdu kimi təqdim olunur.

"Cüdo ulduzları sentyabrda Azərbaycanda ilin ən böyük idman tədbiri sayılan dünya çempionatında qarşılaşa bilərlər. Bizə qoşulun ki, cüdoçuların idman dəyərlərindən necə dərs keçdiklərini, Odlar Yurdunun həm də Cüdo Yurdu olduğunu görəsiniz" - deyə vurğulanır.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.



AzVision.az


Teqlər: Cüdo   Dünya-Çempionatı  





Xəbər lenti