“Qarabağ” Avroliqanın finalına yüksələ bilər - Rövnəq Abdullayev
"Bu tarixi nəticə, Moldovanın “Şerif” komandası üzərində qazanılmış inamlı qələbə münasibətilə “Qarabağ” klubunun rəhbərliyini, məqşçi-inzibati heyətini, futbolçularını və əlbəttə ki, möhtəşəm dəstəyi ilə hər zaman komandanın yanında olan, qələbəyə səsləyən azarkeşləri təbrik edirəm. UEFA Avropa Liqasının cari mövsümünə Bakıda yekun vurulacaq. 2019-cu il mayın 29-da turnirin final qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu gün isə Monako şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq. İkiqat sevindirici məqam odur ki, “Qarabağ”ın da adı püşkdə iştirak edəcək 48 klubun siyahısında var. Bu, həm də o deməkdir ki, turnirdə iştirak edən digər komandalar kimi, “Qarabağ” da Avropa Liqasının Bakıda keçiriləcək final oyununa yüksəlmək şansına malikdir. Heç şübhəsiz, bu, ölkəmizdəki hər bir futbolsevərin arzusudur. Arzumuzun həyata keçməsinə ümidlə ölkəmizin futbol ictimaiyyəti adından “Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayır, Avropa Liqasında keçirəcəyi oyunların sayının çox olmasını arzu edirəm” - R.Abdullayev AFFA-nın saytına deyib.
AzVision.az
Teqlər: AFFA Rövnəq-Abdullayev