Bu gün "Qarabağın" rəqibləri bilinəcək

Bu gün "Qarabağın" rəqibləri bilinəcək
  31 Avqust 2018    Oxunub:9833
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatması olacaq.
AzVision.az-ın məlumatına görə, Monakoda keçiriləcək mərasim Bakı vaxtilə saat 15:00-da başlayacaq.

Tədbirdə təmsilçimiz "Qarabağ"ın rəqibləri müəyyənləşəcək. Ağdam klubu bu dəfə üçüncü səbətdə yer alacaq. Bundan başqa Avropa Liqasının budəfəki püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir iştirak edəcək. Belə ki, 2018-2019 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, Vəli Qasımov da püşkatma zamanı səhnədə olacaq.

Qeyd edək ki, püşkatmadan öncə 48 komanda 4 səbətə bölünüb:

1-ci səbət: "Sevilya" (İspaniya), "Arsenal" (İngiltərə), "Çelsi" (İngiltərə), "Zenit" (Rusiya), "Bayer" (Almaniya), "Dinamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Vilyarreal" (İspaniya), "Anderlext" (Belçika), "Latsio" (İtaliya)

2-ci səbət: "Sportinq" (Lissabon, Portuqaliya), "Lüdoqorets" (Bolqarıstan), "Kopenhagen" (Danimarka), "Marsel" (Fransa), "Seltik" (Şotlandiya), PAOK (Yunanıstan), "Milan" (İtaliya), "Genk" (Belçika), "Fənərbaxça" (Türkiyə), "Krasnodar" (Rusiya), "Astana" (Qazaxıstan), "Rapid" (Vyana, Avstriya)

3-cü səbət: "Betis" (İspaniya), "Qarabağ" (Azərbaycan), BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Leyptsiq" (Almaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Malmö" (İsveç), "Spartak" (Moskva, Rusiya), "Standard" (Lyej, Belçika), "Sürix" (İsveçrə), "Bordo" (Fransa), "Renn" (Fransa)

4-cü səbət: "Apollon" (Kipr), "Rusenborq" (Norveç), "Vorskla" (Poltava, Ukrayna), "Slaviya" (Praqa, Çexiya), "Akhisar Belediyespor" (Türkiyə), "Yablonets" (Çexiya), AEK (Larnaka, Kipr), "Videoton" (Macarıstan), "Reyncers" (Şotlandiya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Sarpsborq" (Norveç)

Kənan Məmmədov
AzVision.az


Teqlər: Avroliqa  





Xəbər lenti