Çempionlar Liqasında bütün iştirakçılar məlum oldu - VİDEO
BATE səfərdə PSV-nin qonağı olub. Öz meydanında 2:3 hesabı ilə uduzan Belarus çempionu səfərdə 3 cavabsız qolla məğlub duruma düşüb. Bununla da Hollandiya təmsilçisi qrup mərhələsinə yüksəlib.
PAOK öz meydanında “Benfika” ilə qarşılaşıb. Komandaların dueli 1:4 hesabı ilə başa çatıb. Bu nəticə "Benfika"nı qrup mərhələsinə yüksəldib.
İlk görüşləri qolsuz bərabərliklə başa çatan “Zalsburq” və “Srvena Zvezda” komandaları arasında Avstriyada keçirilən cavab matçında isə 2:2 hesablı nəticə qeydə alınıb. Bu nəticə isə Serbiya təmsilçisini növbəti mərhələyə adlamasını təmin edib.
Beləliklə, Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Təsnifat mərhələlərindən yarışa qoşularaq qrupa qədər irəliləyən "Benfika", "Srvena Zvezda", PSV, "Ayaks", AEK və "Yanq Boyz"la birgə 32 komanda 4 səbətə bölünüb.
1-ci səbət
Real" (İspaniya)
"Barselona" (İspaniya)
"Atletiko" (İspaniya)
"Bavariya" (Almaniya)
"Mançester Siti" (İngiltərə)
"Yuventus" (İtaliya)
PSJ (Fransa)
"Lokomotiv" (Rusiya)
2-ci səbət
"Borussiya Dortmund" (Almaniya)
"Mançester Yunayted" (İngiltərə)
"Benfika" (Portuqaliya)
"Portu" (Portuqaliya)
"Şaxtyor" (Ukrayna)
"Napoli" (İtaliya)
"Tottenhem" (İngiltərə)
"Roma" (İtaliya)
3-cü səbət
"Liverpul" (İngiltərə)
"Lion" (Fransa)
"Valensiya" (İspaniya)
"Şalke" (Almaniya)
"Monako" (Fransa)
ÇSKA (Rusiya)
"Ayaks" (Hollandiya)
PSV (Hollandiya)
4-cü səbət
"Qalatasaray" (Türkiyə)
"Brügge" (Belçika)
"İnter" (İtaliya)
"Hoffenhaym" (Almaniya)
AEK (Yunanıstan)
"Yanq Boyz" (İsveçrə)
"Srvena Zvezda" (Serbiya)
"Viktoriya" (Çexiya)
Qeyd edək ki, qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 20:00-da Monakoda keçiriləcək.
AzVision.az
Teqlər: ÇL