Azərbaycanın olimpiya mükafatçısı cəzalandırıldı

Azərbaycanın olimpiya mükafatçısı cəzalandırıldı
  30 Avqust 2018    Oxunub:7417
2014-cü ildən Azərbaycanın şərəfini qoruyan ukraynalı kanoeçi, "Rio-2016" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İnna Osipenko-Radomskya anti-dopinq qaydalarını pozduğuna görə, 4 il müddətinə cəzalandırılıb.
Beynəlxalq Kanoe Federasiyasının (ICF) saytında yayılan məlumatda bildirilib ki, sentyabrda 36 yaşı tamam olacaq Osipenko-Radomskaya 2018-ci ilin mayında yarışdankənar dopinq testindən keçməkdən imtina etdiyi üçün cəzalandırılıb.

AzVision.az


Teqlər: İdmançı   Dopinq   Test  





Xəbər lenti