Hindistanın baş naziri Rusiyaya səfər edib

Hindistanın baş naziri Rusiyaya səfər edib
  22 Oktyabr 2013    Oxunub:1379
Hindistanın baş naziri Manmohan Sinq Rusiyaya səfər edib.
O, Moskvada bo ölkənin dövlət başçısı Vladimir Putinlə bir araya gəlib. Bağlı qapılar arxasında gerçəkləşdirilən danışıqlardan sonra tərəflər jurnalistlərin qarşısına çıxıbla. Məlum olub ki, görüş zamanı Hindistanın Birləşmiş Milltlər Təşkilatının Təhlükəsizlik Şurasına daimi üzvlüyü götür-qoy edilib. Rusiya lideri Vladimir Putin açıq şəkildə bəyan edib ki, ölkəsi Hindistanın BMT Təhlükəsizlik Şurasında təmsilində maraqlıdır.

Hindistanın Təhlükəsizlik Şurasına daimi üzvlüyü üçün BMT-nin yenidən formalaşdırılmasında Rusiyanın yaxından iştirak etməyə hazır olduğunu qeyd edən Putin Hindistanla Rusiya arasında iqtisadi əlaqələrin daha da sıxlaşdırılacağını da sözlərinə əlavə edib. Görüş zamanı tərəflər Suriya məsələsini də geniş müzakirə edib. Rusiya və Hindistanın bu məsələdə eyni mövqedən çıxış etdiyini qeyd edən Putin Suriya münaqişəsinin yeganə həllinin sülh danışıqları olduğunu bildirib.

S.Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti