Qurban Qurbanovun oğlu ən yaxşı hücumçu seçilib

Qurban Qurbanovun oğlu ən yaxşı hücumçu seçilib
  29 Avqust 2018    Oxunub:6877
Qazaxıstanda bu gün başa çatan “Prezident kuboku”nun ən yaxşı hücumçusu müəyyənləşib.
AzVision.az- ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu ada turnirdə iştirak edən U-17 yığmamızın kapitanı Musa Qurbanlı layiq görülüb. Qırğızıstan (3:0) və Qazaxıstanla oyunlarda (1:1) fərqlənən Qurban Qurbanovun oğlu yarışı 2 qolla tamamlayıb.

Turnirin ən yaxşı yarımmüdafiəçisi isə yığmamızın digər üzvü Veysəl Rzayev seçilib.

Qeyd edək ki, bu gün finalda Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşan yığmamız əsas vaxtı 0:0 hesabı ilə başa çatan matçın penaltilər seriyasında məğlub olaraq, "Prezident Kuboku"nda 2-ci yeri tutub.

AzVision.az


Teqlər: QurbanQurbanov   MusaQurbanlı  





Xəbər lenti