Məmmədyarov Karlsenlə heç-heçə etdi
Turnirin digər qarşılaşmalarında da heç-heçə qeydə alınıb. 8 turdan sonra lider Fabiano Karuanadır (5 xal). 2-ci, 3-cü, 4-cü və 5-ci yerlərdə Şəhriyar Məmmədyarov, Aleksandr Qrişyuk, Levon Aronyan və Maqnus Karlsen (4,5 xal) qərarlaşıblar.
Turnirin sonuncu 9-cu turu avqustun 27-də keçiriləcək. Təmsilçimiz hindistanlı Vişvanatan Anandla görüşəcək.
Qeyd edək ki, Sinkfild Kubokunun qalibi 75 min dollar qazanacaq.
AzVision.az
Teqlər: ABŞ Şahmat Şəhriyar-Məmmədyarov