"Qarabağ" - "Şerif" oyunu makedoniyalılara tapşırıldı

"Qarabağ" - "Şerif" oyunu makedoniyalılara tapşırıldı
  25 Avqust 2018    Oxunub:9670
UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Şerif" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
AzVision.az xəbər verir ki, qarşılaşmanı makedoniyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Aleksandır Stavrev, Maryan Kirovski və Deyan Kostadinov yan xətt, Dimitar Meçkarovski isə dördüncü hakim qismində yardımçı olacaqlar. Belçikalı Yohan Verbist hakim-inspektor, latviyalı Yevgeni Milevski UEFA nümayəndəsi kimi çalışacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" görüşü avqustun 30-u saat 21:00-da başlayacaq.

AzVision.az


Teqlər: Qarabağ   Şerif  





Xəbər lenti