"Qrup mərhələsi üçün şanslarımız qalır" - Qurban Qurbanov

"Qrup mərhələsi üçün şanslarımız qalır" - Qurban Qurbanov
  24 Avqust 2018    Oxunub:5806
"Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir"
AzVision.az xəbər verir ki, bunu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Şerif" - "Qarabağ" matçından (1:0) sonra keçirdiyi mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məqşçi bildirib ki, indi cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir. "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 30-da Bakıda keçiriləcək.

AzVision.az


Teqlər: QarabağFK  





Xəbər lenti