Məmmədyarov ABŞ-da üçüncü oldu

Məmmədyarov ABŞ-da üçüncü oldu
  17 Avqust 2018    Oxunub:3560
ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi – “Saint Louis Rapid & Blitz” turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb.
AzVision.az-ın məlumatına görə, Blits üzrə yarışların ikinci dövrəsində amerikalı şahmatçı 5,5 xal toplayıb və bununla da topladığı xalları 22,5-ə çatdırıb. Belədə Nakamura birinci olub. Fransa təmsilçisi Maksim Vaşye-Laqrav isə ondan 1 xal geri qalaraq ikinci yerə çıxıb.

Yarışda üçüncü yeri 21 xalla şahmatçımız Şəhriyar Məmmədyarov, dördüncü yeri isə 20 xalla İtaliya təmsilçisi Fabiano Karuana tutub.

AzVision.az


Teqlər: Şahmat   ABŞ   Şəhriyar-Məmmədyarov  





Xəbər lenti