"Qarabağ"ın Avroliqadakı rəqibi məlum oldu

"Qarabağ"ın Avroliqadakı rəqibi məlum oldu
  17 Avqust 2018    Oxunub:3100
Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının play-off mərhələsindəki rəqibi məlum olub.
AzVision.az xəbər verir ki, təmsilçimizin rəqibi Moldovanın “Şerif” klubudur. Belə ki, “Şerif” UEFA Avropa Liqasının III təsnifat mərhələsində İslandiyanın "Valür" komandasına qalib gələrək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” – “Şerif” klubları arasında ilk oyun avqustun 23-də keçiriləcək. Cavab qarşılaşması isə avqustun 30-da olacaq.

AzVision.az


Teqlər: Qarabağ   Şerif   Avroliqa  





Xəbər lenti