Bu gün “Qarabağ”ın Avroliqadakı rəqibi müəyyənləşəcək

Bu gün “Qarabağ”ın Avroliqadakı rəqibi müəyyənləşəcək
  16 Avqust 2018    Oxunub:3275
Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi müəyyənləşəcək.
AzVision.az xəbər verir ki, Azərbaycan çempionu play-off mərhələsində “Şerif” (Moldova) – “Valur” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun “Şerif”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu gün isə cavab oyunu keçiriləcək.

Qeyd edək ki, "Qarabağ"ın bu cütün qalibi ilə ilk oyunu avqustun 23-də keçirəcəklər. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq.

AzVision.az


Teqlər: Qarabağ   Klub   Avroliqa  





Xəbər lenti