“Qarabağ” ÇL-da cavab oyununa çıxır

“Qarabağ” ÇL-da cavab oyununa çıxır
  01 Avqust 2018    Oxunub:12716
Bu gün UEFA-nın Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə yekun vurulacaq.
AzVision.az xəbər verir ki, bu mötəbər turnirdə ölkəmizi təmsil edən “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edəcək.

Azərbaycan çempionu “Kukesi” ilə səfər matçında qolsuz bərabərliyə nail olmuşdu. Növbəti mərhələyə keçmək üçün "Qarabağ" qələbə qazanmalıdır. Çünki istənilən qollu heç-heçə rəqibə sərf edir. Görüş Bakı vaxtilə saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, “Qarabağ” üçüncü mərhələyə yüksəlsə, HİK - BATE cütünün qalibi ilə qarşılaşacaq.

AzVision.az


Teqlər: Qarabağ   Futbol   Klub  





Xəbər lenti