Cüdoçumuz Xorvatiya "Qran Pri"sini medalla başa vurdu

Cüdoçumuz Xorvatiya "Qran Pri"sini medalla başa vurdu
  30 İyul 2018    Oxunub:13653
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-Pri” yarışına yekun vurulub.
Beynəlxalq turnirin sonuncu günü millimiz aktivinə daha bir medal yazdırıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədli Mehdiyev Zaqrebdə bürünc medal qazanıb.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı “Qran-Pri”də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunub.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti