Rüstəm Orucov Zaqrebdə medal qazanıb

Rüstəm Orucov Zaqrebdə medal qazanıb
  29 İyul 2018    Oxunub:13604
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-Pri” yarışı keçirilir. Beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.
AzVision.az-ın Azərbaycan Cudo Federasiyasına istinadən verdiyi məlumata əsasən, 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mötəbər turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı “Qran-Pri”də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti