Yekaterinburqda Azərbaycan sərgisi - FOTO

Yekaterinburqda Azərbaycan sərgisi - FOTO
  17 Oktyabr 2013    Oxunub:1555
Yekaterinburqda Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan Respublikası” mövzusunda daimi sərgi ekspozisiyası açılıb.
AzVision.az xəbər verir ki, bu gün Yekaterinburq rəhbərinin kitabxanasında Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan Respublikası" mövzusunda daimi fəaliyyətdə olan sərgi ekspozisiyasının açılış mərasimi keçirilib.

Bu, Yekaterinburq rəhbəri kitabxanasının Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulluğunun və Yekaterinburq Şəhəri Administrasiyasının təşəbbüsü ilə həyata keçirilən yeni layihəsidir.

Ekspozisiyada respublikanın həyatının müxtəlif sahələrini əks etdirən ədəbi nəşrlər, videomateriallar və CD-disklər, ümummilli lider Heydər Əliyev, Azərbaycan dövlətinin tarixi, mədəni irs, incəsənət haqqında kitablar və s. nümayiş olunub. Ekspozisiyanın kitabxanaya gələnlərə Azərbaycan Respublikası ilə tanışlıq imkanı yaradan fondu gələcəkdə müntəzəm şəkildə təkmilləşəcək.

Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov mərasimi açaraq qeyd edib ki, yeni ekspozisiya Azərbaycan və Sverdlovsk vilayəti arasında dostluq münasibətlərinin genişlənməsinin növbəti mərhələsi olub. O, respublikamız və vilayət arasında iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişafından danışıb.

Diplomat xüsusilə vurğulayıb ki, bu il respublikamızın ictimai-siyasi həyatında əsas hadisə prezident seçkiləri olub. S.Qasımovun sözlərinə görə, seçkilərdə İlham Əliyevin inamlı qələbəsi ölkənin fəaliyyətdə olan Prezidentinə xalqın yüksək etimadının növbəti təsdiqidir.

Son 10 ildə Azərbaycanın inkişaf tempindən danışan S.Qasımov bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz rolunu vurğulayıb.

Baş konsul deyib: "Bu gün Azərbaycan dünya arenasında, o cümlədən Cənubi Qafqaz regionunda layiqli yer tutmuşdur. Ölkənin regionları fəal inkişaf edir. Ölkənin əldə etdiyi bütün siyasi, iqtisadi və humanitar nailiyyətlər Prezident İlham Əliyevin yürütdüyü müdrik və çevik daxili və xarici siyasətinin nəticəsidir".

Baş konsul Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən və bu qurumun humanitar sahədə həyata keçirdiyi geniş əhatəli layihələrdən söz açıb. O həm də Leyla Əliyevanın rəhbərliyi ilə Fondun Rusiya nümayəndəliyinin RF ərazilərində layihələrin reallaşdırılmasına töhfəsini qeyd edib.

S.Qasımov deyib: "Yekaterinburqlular iki il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəhərimizə gəlişini və 1 nömrəli vilayət kliniki xəstəxanasının uşaq onkohematoloji mərkəzinə baş çəkməsini, Fond tərəfindən mərkəzə müasir xüsusi tibbi avadanlıqla təchiz olunmuş "Sobol" təcili yardım maşınının hədiyyə edilməsini xüsusi minnətdarlıq hissi ilə xatırlayırlar. Bu günkü ekspozisiyanın açılışı Fondun Sverdlovsk vilayətindəki fəaliyyətinin parlaq nümunəsidir".

Açılış mərasimində RF Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Sverdlovsk vilayəti qubernatoru administrasiyası rəhbərinin müavini Vadim Dubiçev, Yekaterinburq Şəhəri Administrasiya rəhbərinin müavini Segey Tuşin, Sverdlovsk vilayətinin beynəlxalq və xarici ticarət əlaqələri naziri Andrey Sobolev, UNESCO-nun Ural-Sibir Mərkəzinin baş direktoru Yuri Borisixin, Fransanın, Ukraynanın və Macarıstanın Yekaterinburqdakı baş konsulları çıxış ediblər.

Açılış mərasiminin sonunda furşet və konsert olub.

Tədbirin bütün iştirakçılarına milli suvenirlər təqdim edilib.

Qalereya




Teqlər:  





Xəbər lenti