Müəllimlərin işə qəbul imtahanı DİM-ə verilsin! - Təklif

Müəllimlərin işə qəbul imtahanı DİM-ə verilsin! - Təklif
  13 İyul 2018    Oxunub:3312
Təhsil üzrə ekspert Kamran Əsədov müəllimlərin işə qəbul imtahanının Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsini təklif edib.
AzVision.az xəbər verir ki, ekspert bunu imtahan zamanı düşəcək suallarla əalqələndirib.

“İmtahanında iştirak edəcək müəllimləri maraqlandırıan bir sual var: suallar nədən, yəni hansı kitablardan düşəcək? Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) İnsan Resursları Mərkəzinin əməkdaşı "Facebook"da deyib ki, böyük ehtimalla bu il MİQ imtahanlarında test tapşırıqları kurikulum dərsliklərindən salınacaq. Amma hələ də kurikulum dərslikləri arasındakı mübahisəli, ziddiyyətli faktlar öz həllini tapmayıb. Bundan başqa kurikulum dərslikləri tam şəkildə çap olunmayıb. Yəni tarix fənni üzrə kurikulum dərslikləri 1800-ci ilə qədər əhatə olunub. Düzdür, 6-9-cu sinif kurikulum dərslikləri tam dövrü əhatə edir. Amma X sinif dərsliyi ilə VI-IX sinif dərslikləri arasında ziddiyyətli, bir – birini inkar edən faktlar var.

Başqa bir məqam, XI sinif kurikulum ilə dərslikləri hələ də çap olunmayıb. Təhsil Nazirliyindən müəllimliyə namizədlərə bu sinifi ənənəvi XI sinif kitabından oxumaq tövsiyə olunur. Axı ənənəvi XI sinif tarix kitabı 1918-2017-ci illəri əhatə edir. Onda 1800-cü ildən 1918-ci ilə qədərki dövrü hardan oxusun bunlar?”.



K.Əsədov qeyd edib ki, Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən müəllimlərə kömək məqsədilə keçirilən sınaq imtahanlarında suallar ənənəvi dərsliklərdən salınır.

"Sınaq imtahanlarında ödəniş 10 manatdır və may ayından bəri sınaq imtahanlarında 10 minlərlə adam iştirak edib və müvafiq olaraq İnstitut külli miqdarda gəlir əldə edib. İmtahanda iştirak edənlər bununla bağlı imtahan təşkilatçılarına müraciət etsələr də, onlar belə olacağını deyiblər. Necə olur ki, pul qazanmaq üçün ənənəvi dərsliklərdən test tapşırığı təqdim edirlər, amma qəbul imtahanını kurikulum dərsliklərindən hazırlayırlar?".

Ekspert müəllimlərin işə qəbul imtahanlarında çatışmazlıqların olduğunu deyib:

"1.Kurikulum üzrə nə proqram, nə də vəsait var. Hərə müstəqil bir vəsait çap edib.
2. Məntiq üzrə nə proqram, nə də vəsait var. Vahid kitabın olmaması dağınıqlıq yaradır.
3. İxtisaslar üzrə nə proqram, nə də vəsait var.

Dövlət İmtahan Mərkəzi keçirdiyi bütün imtahanlarla bağlı öncədən proqram və vəsaitləri çap edir ki, imtahanda iştirak edənlərin çaşqınlığı yaranmasın. Ona təklif edirəm ki, MİQ imtahanlarını DİM keçirsin”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Müəllim   İmtahan   DİM  





Xəbər lenti