“Qarabağ” Suriya yığması ilə qarşılaşacaq

“Qarabağ” Suriya yığması ilə qarşılaşacaq
  29 İyun 2018    Oxunub:7366
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu sabah növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq.
AzVision.az kluba istinadən xəbər verir ki, Ağdam təmsilçisi Suriya millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 20:30-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk iki yoxlama matçında “Ludoqorets” (Bolqarıstan - 1:1) və “Vakker İnsbruk”la (Avstriya – 0:0) heç-heçə edib.

AzVision.az


Teqlər: Qarabağ   Suriya  





Xəbər lenti