Belçika lider oldu, İngiltərə 1/8 finalda - Yenilənib

Belçika lider oldu, İngiltərə 1/8 finalda - Yenilənib
  29 İyun 2018    Oxunub:7047
Futbol üzrə dünya çempionatının “G” qrupunda sonuncu turun oyunları keçirilib.
AzVision.az xəbər verir ki, qrupun liderləri İngiltərə ilə Belçika qarşılaşıblar. Paralel keçən digər oyunda isə Panama ilə Tunis milliləri üz-üzə gəlib.

“G” qrupunda İngiltərə və Belçika milliləri 6 xalla səkkizdəbir finala vəsiqəni artıq təmin edib. Tunis və mundialın debütantı Panama yığmaları iki məğlubiyyətdən sonra sıfır xalla sonuncu yerlərdə qərarlaşıblar.

***
Belçika yığması İngiltərəni 1:0 hesabı ilə məğlub edərək 9 xalla qrup lideri olub. İngiltərə qrupu ikinci yerdə başa vurub. Hər iki komanda pley-off mərhələsinə adlayıb. Belə ki, turnirin 1/8 finalında Belçikal Yaponiya, İngiltərə isə Kolumbiya ilə qarşılaşacaq.

Paralel keçən oyunda Tunis 2:1 hesabı ilə Panamanı məğlub edib. Nəticədə Tunis 3 xalla qrupda 3-cü, çempionatın debütantı Panama isə 0 xalla sonuncu olub.

Bu görüşlərdən sonra dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti