Nazir diplom problemini həll etdi

Nazir diplom problemini həll etdi
  28 İyun 2018    Oxunub:1848
Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun məzunu olan Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının diplomu ilə bağlı yaranan anlaşılmazlığı həll edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, təhsil naziri bununla bağlı yeni diplom blankının verilməsi barədə əmr verib.

Əmrdə göstərilir ki, Nəbiyeva (Zeynalova) Leyla Rauf qızı 2000/2001-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak edərək Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasına əyani (dövlət sifarişi üzrə) təhsilalma forması üzrə qəbul olunub. 2004-cü ildə həmin müəssisədən məzun olmuş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün Təhsil Nazirliyindən B seriyalı 020724 nömrəli diplom blankı verilib, lakin AMİ-nin Qazax filialı tərəfindən həmin diplom başqa şəxsin adına yazılıb. Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına isə hüquqi əsası olmayan B seriyalı 042889 nömrəli diplom təqdim olunub.

Yeni əmrlə Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının TQDK tərəfindən keçirilmiş test imtahanında iştirak etməklə qanuni əsaslarla ali təhsil müəssisəsinə qəbul olunduğunu və təhsilini başa vurduğunu nəzərə alaraq, nazirlik tərəfindən AMİ-nin Qazax filialına Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün verilmiş, lakin başqa şəxsin adına yazılmış B seriyalı 020724 nömrəli diplom etibarsız hesab edilib.

Əmrdə qeyd edilir ki, Bakı Dövlət Universitetinin Qazax filialı (V.Əfəndiyev) diplom blankının müvafiq qaydada doldurulmasını və Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilməsini təmin etsin.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Diplom  





Xəbər lenti