Argentina 1/8 finalda, Xorvatiya lider oldu - Yenilənib

Argentina 1/8 finalda, Xorvatiya lider oldu - Yenilənib
  27 İyun 2018    Oxunub:4560
Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
AzVision.az xəbər verir ki, "D" qrupunda yer alan Argentina millisi Nigeriyaya, İslandiya isə Xorvatiyaya qarşı mübarizə aparıb.

Bu qrupda Xorvatiya millisi pley-off mərhələsinə artıq vəsiqəni təmin edib. İslandiya yığmasına qrupdan çıxmaq üçün qələbə lazımdır.

Argentina millisi növbəti mərhələyə adlamaq üçün mütləq Nigeriyaya qalib gəlməli və islandların Xorvatiya ilə oyunda xal itirməsinə ümid etməlidir.

***

Messinin vurduğu qolla Argentina millisi ikinci hissəyə üstün yollanıb. Xorvatiya-İslaniya oyununda isə hesab bərabərdir.

***
"D" qrupunda keçirilən hər iki oyun başa çatıb. Argentina millisi Nigeriyanı 2:1 hesabı ilə məğlub edərək pley-off mərhələsinə adlayıb. Digər oyunda isə Xorvatiya rəqibindən üstün olub - 2:1. Bununla da Xorvatiya və Argentina yığmaları növbəti mərhələyə yüksəliblər.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti