“Eurovision-2014” seçim qaydaları elan olundu

“Eurovision-2014” seçim qaydaları elan olundu
  14 Oktyabr 2013    Oxunub:1152
Macarıstan “Eurovision-2014” mahnı müsabiqəsi üçün seçim qaydalarını elan etdi.
Macarıstanın “MTVA” şirkəti Danimarkanın Kopenhagen şəhərində keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsi üçün seçim qaydalarını elan etdi.

Azvsison.az “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytına istinadla xəbər verir ki, Macarıstanda artıq iki ildir müvəffəqiyyətlə həyata keçirilən “Mahnı” (“A Dal”) formatı bu il də davam etdirilməklə iki yarımfinalı və böyük finalı əhatə edəcək.

Milli seçim müsabiqəsinə mahnılar dekabrın 1-dək təqdim olunmalıdır. Gələn ilin əvvəlində keçirilməsi nəzərdə tutulan yarımfinalların və böyük finalın dəqiq tarixi barədə əlavə məlumat veriləcək. Həmişə olduğu kimi, milli seçim münsiflər heyətinin və tamaşaçıların səsverməsi ilə reallaşacaq.

Bu sahədə yenilik isə dillə bağlıdır. Mahnılar təkcə macar dilində deyil, ingilis, eləcə də bu ölkə ərazisində yaşayan xalqların və etnik azlıqların dillərində təqdim oluna bilər.


Teqlər:





Xəbər lenti