Həcc ziyarəti bu gün başladı

Həcc ziyarəti bu gün başladı
  13 Oktyabr 2013    Oxunub:1126
2 milyona yaxın müsəlman zəvvarı bu gündən etibarən Həcc ziyarətinin ayinlərin yerinə yetirməyə başlayır.
Azvsison.az xəbər verir ki, 2 milyona yaxın zəvvar bu gün sübh namazından sonra Məkkədən Minaya tərəf yol aldı. Minada dövlət tərəfindən hazırlanmış kondisionerli çadrlar onları gözləyir. Bu gecəni zəvvarlar Minada qalmalı, dua və ibadətlə məşğul olmalıdırlar.

Xatırladaq ki, Həcc əməli İslamın 5 əsas vacibatlarından biridir. Digər vacibatlar kimi bu əməldə yalnız insanın boynuna düşdükdə vacib olur. Həccin bir müsəlmanın boynuna düşməsi onun bu səfərə əsas maddi imkanının olması ilə əlaqədardır. Lakin hər bir müsəlman ömründə bir dəfə də olsa Həcc ziyarətin etmnəyə çalışmalıdır. Ölkəmizdən bu il Həcc ziyarətinə Azərbaycandan 3600 zəvvar gedib.

Ziyarət hər il islam təqviminin zil-hiccə ayının 8-12 arası baş tutmalıdır. Bu qriqoryan təqvimi ilə 2013-cü il üçün 13-17 oktyabra təsadüf edir.


Teqlər:  





Xəbər lenti